Türkiyədə daha bir ağır yol-nəqliyyat hadisəsi baş verib, ölən və yaralananlar var

A- A A+

Türkiyənin Mardin vilayətində zəncirvari avtomobil qəzası baş verib. İlkin məlumata əsasən, hadisə nəticəsində səkkiz nəfər ölüb, çox sayda yaralı var.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, hadisə şəhərin Derik rayonunda yerləşən yanacaqdoldurma stansiyası yaxınlığında baş verib.

Əyləcində nasazlıq yaranan qoşqulu yük maşını iki avtomobillə toqquşduqdan sonra aşıb. Digər bir yük maşını isə hadisə zamanı xəsarət alanlara ilkin yardım göstərən tibb işçiləri və vətəndaşları vurub.

Bölgəyə çox sayda təcili tibbi yardım briqadası cəlb olunub.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: