Misir ordusunun Sinay yarımadasının şimalında keçirdiyi antiterror əməliyyatı zamanı İŞİD terror təşkilatının bu bölgədəki lideri “Əbu Ənas” ləqəbli təhlükəli terrorçu Cəmil Süleyman Zurayi və onun oğlu öldürülüb.
NUHÇIXAN İnformasiya Agentliyi “Əl Əhram” nəşrinə istinadla xəbər verir ki, Əl-Ariş şəhərində keçirilən əməliyyat zamanı İŞİD liderinin ətrafında olan bir neçə terrorçu da zərərsizləşdirilib.
Misir ordusu 2013-cü ildən bəri Sinay yarımadasının şimalında İŞİD terrorçularına qarşı hərbi əməliyyatlar həyata keçirir. Bunun nəticəsində son illər ölkədə törədilən terror aktlarının sayı xeyli azalıb.