Avqustun 21-də İstanbulda Samsunq Boğaziçi qitələrarası üzgüçülük yarışı keçirilib.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Türkiyə Milli Olimpiya Komitəsi tərəfindən bu il 34-cü dəfə keçirilən tədbirin iştirakçıları İstanbulun Asiya qitəsindən Avropaya doğru Bosfor boğazında 6,5 kilometrlik məsafəni qət ediblər.
Kişilərin yarışında məsafəni 48 dəqiqə 13 saniyəyə qət edən Doğukan Ulaç, qadınlarda isə 48 dəqiqə 14 saniyəlik nəticə göstərən Burcu Naz Narin qalib olublar.
Marafona qatılan 2441 üzgüçüdən 1198-i xarici ölkə vətəndaşlarıdır. Onlardan 700-ü qadındır.
Bu yarış 2016-cı Dünya Açıq Su Üzgüçülük Assosiasiyası (WOWSA) tərəfindən “Açıq havada ən yaxşı üzgüçülük tədbiri” seçilib.