Tanınmış filosof və ictimai xadim Aleksandr Duqinin qızı, jurnalist və politoloq Darya Duqinanın avtomobilinə 400 qram trotil ekvivalentində partlayıcı qurğu yerləşdirilib.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə Rusiya hüquq mühafizə orqanları məlumat verib. Partlayıcı qurğu jurnalistin avtomobilində sürücünün oturacağının altında olub.
Xatırladaq ki, avqustun 20-də axşam tanınmış filosof və ictimai xadim Aleksandr Duqinin qızı Darya Duqinanın avtomobili Moskva vilayətində yolda hərəkətdə olarkən partlayıb. Partlayışdan sonra baş verən yanğın nəticəsində avtomobil yararsız hala düşüb. Avtomobili idarə edən Darya Duqina həlak olub.
Darya Duqina atasının rəhbərlik etdiyi Beynəlxalq Avrasiya Hərəkatının siyasi şərhçisi idi.