ABŞ-ın aeronavtika və kosmik fəzanın tədqiqatı üzrə milli idarəsi (NASA) Birləşmiş Ştatların Ayın səthində 50 ildən artıq müddətdə ilk pilotlu missiyası - “Artemida III” üçün Ayın cənub qütbü yaxınlığında enmə zonalarını müəyyən edib.
NUHÇIXAN İnformasiya Agentliyi NASA-nın bəyanatına istinadla xəbər verir ki, bu zonalar aşağıdakılardır: “Orla Fautini A”, “Şeklton yaxınlığındakı zirvə”, “Dağ massivi”nin qovuşuğu”, “Kordilyer qovuşuğunun genişlənməsi”, “Jerlaş 1 sahilləri”, “Gerlaş 2 sahilləri”, “Gerlaş-Koher massivi”, “Havort”, “Malapert massivi”, “Leybnis Beta yaylası”, “Nobile Roma 1”, “Nobile Roma 2” və “Amundsen sahilboyu”.
NASA-nın nümayəndəsi, “Artemis” şirkətinin tədqiqatlar şöbəsinin əməkdaşı Mark Kirasiç deyib: “Bu regionların seçilməsi o deməkdir ki, biz “Apollon”un uçuşundan sonra ilk dəfə olaraq insanların Aya qayıtması üçün çox böyük bir addım atmışıq. NASA bu layihəni həyata keçirdiyi zaman bu, əvvəlki missiyaların heç birinə bənzəməyəcək. Çünki astronavtlar insanlara indiyədək tanış olmayan, öyrənilməmiş hissələrə yollanacaq, gələcək uzunmüddətli yaşama üçün bünövrə qoyacaqlar. “Artemida III”ün amerikalı astronavtları təxminən 2025-ci ildə Aya çatdırması planlaşdırılır. Ayın orbitinə astronavtlarsız çıxacaq “Artemida I” layihə-sınaq missiyasının buraxılışı bu ayın axırına nəzərdə tutulub”.