ABŞ-ın Milli Aeronavtika və Kosmos İdarəsi (NASA) “Artemis” proqramı çərçivəsində astronavtların 2025-ci ilədək Ayın Cənub Qütbündə eniş edəcəyi 13 yerin siyahısını açıqlayıb.
NUHÇIXAN İnformasiya Agentliyi NASA-nın saytına istinadən xəbər verir ki, “Starship HLS” raketinin mümkün eniş yerləri kimi Şeklton kraterinin yaxınlığındakı yüksəklik, Faustini kraterinin kənarı, De Herlax kraterinin iki kənarı, Şeklton və De Herlax kraterlərini birləşdirən dağ silsiləsi və ona bitişik ərazi, Hauort krateri, Nobile kraterinin kənarları, Amudsen kraterinin kənarı, Leybnits Beta platosu, De Derlax-Koher massivi və Malaperta massivi seçilib.
Ümumilikdə astronavtların Ay səthindəki missiyası 6 gün yarıma planlaşdırılıb.