Mövlud Çavuşoğlu: "PKK/YPG-yə qarşı əməliyyatlara maraqları bir-birinə zidd olan ölkələr qarşı çıxır"
“Suriyanın ərazi bütövlüyü bizim üçün vacibdir. Dialoq üçün hədəf və məqsəd müəyyənləşməlidir. Dialoq nəticəyönümlü olmalıdır”.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bunu Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu “Haber Global” televiziyasına müsahibəsində deyib.
“PKK/YPG-yə qarşı əməliyyatlara maraqları bir-birinə zidd olan ölkələr qarşı çıxır. ABŞ da, Rusiya da, İran da. Halbuki bizim əməliyyatlarımız Suriyanın sabitliyi, suverenliyi üçün vacibdir. Daxildəki rejimin bunu edəcək gücü varsa, biz də dəstək verək. Amma elə bir gücləri yoxdur. Terrorçular getdikcə güclənəcək. Bu, hər birimiz üçün təhdiddir. Bəzi ölkələri anlasam da, rejimin əməliyyatlara qarşı çıxmasını başa düşə bilmirəm. Biz mübarizəmizi davam etdirməliyik”.