Ukrayna prezidenti Volodimir Zelenski Kiyevə və Ukraynanın digər şəhərlərinə mümkün raket hücumlarına cavab olaraq nə edəcəklərini açıqlayıb.
NUHÇIXAN İnformasiya Agentliyi UNIAN-a istinadən xəbər verir ki, o, bu barədə polşalı həmkarı Anjey Duda ilə birlikdə keçirdiyi mətbuat konfransında danışıb.
“Gündəlik olaraq təhlükə var. Biz qarşı tərəfin prioritetlərini bilirik. Onlar infrastruktur obyektlərinə və ya dövlət qurumlarına zərbələr endirirlər. Rusiya bu zərbələrin sayını artıra bilər. Bizim üçün Kiyevin digər şəhərlərdən fərqi yoxdur. Kiyev vurularsa, cavab Xarkov və Zaporejyedə olduğu kimi olacaq. Qarşı tərəf güclü cavab alacaq”, - o bildirib.