Londonun Qatvik hava limanında 26 reys ləğv edilib.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, personal arasında yayılan xəstəlik səbəbindən uçuşlar təxirə salınıb. Həmçinin bu aeroport hava hərəkətinə nəzarət qülləsində də kadr çatışmazlığı ilə üzləşib. Uçuşların ləğvi və ləngiməsi minlərlə sərnişinin planlarını pozub.
Pandemiyadan sonra hava nəqliyyatı ilə səyahətə tələbat yenidən artdığı üçün aviasiya şirkətləri kadr çatışmazlığı ilə mübarizə aparır.
Qeyd edək ki, Qatvik hava limanı bu yay sərnişinlərin sayının çox olması və onlara qulluq göstərmək üçün kifayət qədər işçinin olmadığını səbəb gətirərək dəfələrlə uçuşları ləğv edib.