ABŞ Ukraynaya ən böyük hərbi yardım paketini təqdim edib. Onun dəyəri təxminən 3 milyard dollardır.
NUHÇIXAN İnformasiya Agentliyi Ukrayna mediasına istinadla xəbər verir ki, ABŞ Prezidenti Co Bayden bu barədə bəyanatla çıxış edib.
ABŞ lideri Ukraynanı Müstəqillik Günü münasibətilə təbrik edib və Vaşinqtonun dəstəyini bir daha xatırladıb.
"Bu gün təkcə keçmişin bayramı deyil, həm də Ukraynanın qürurla suveren və müstəqil dövlət olaraq qaldığının və qalacağının parlaq təsdiqidir", - deyə Bayden əlavə edib.
Bayram münasibətilə Ağ ev ən böyük hərbi yardım paketini açıqlayıb. ABŞ Ukraynaya Təhlükəsizliyə Yardım Təşəbbüsü vasitəsilə təxminən 2,98 milyard dollar ayırır.
Bu, hava hücumundan müdafiə, artilleriya sistemləri və onlar üçün sursat, pilotsuz uçuş aparatları və radarlar əldə etməyə imkan verəcək.