Böyük Britaniyanın Baş naziri Boris Conson Kiyevə gedib.
NUHÇIXAN İnformasiya Agentliyi UNIAN-a istinadən xəbər verir ki, o, Ukrayna dövlət başçısı Volodimir Zelenski ilə görüşüb.
Bildirilib ki, səfərin məqsədi Ukraynanın Dövlət Müstəqilliyi Günü ilə bağlı keçirilən tədbirdə iştirak etməkdir.
Conson Zelenski ilə görüş zamanı yeni yardım paketini açıqlayıb. O bildirib ki, paketə 850 mikrodron daxildir.
Qeyd edək ki, B.Conson iyulun 7-də Böyük Britaniyanın Baş naziri postundan istefa verib. O, payızadək, növbəti seçkilərədək bu vəzifəni icra edir.