“LG V40 ThinQ” smartfonu 5 fotokamera ilə təchiz edilib - VİDEO - VİDEO
“LG” şirkəti 5 fotokameraya malik “V40 ThinQ” smartfonunu rəsmən təqdim edib. Üç foto ötürcü arxada, ikisi isə ön tərəfdə quraşdırılıb. NUHÇIXAN “Vesti” resursuna istinadən yazır ki, arxa paneldə barmaq izi skaneri yerləşir. Şirkət nümayəndələri təsdiq edib ki, qurğu çərçivəsiz 6,4 düym diaqonallı ekranla (ötənilki V30 modelindən bir qədər böyük) təchiz edilib və üç rəngdə (qırmızı, göy və boz) buraxılacaq. Məlumata görə, Cənubi Koreya bazarı üçün nümayiş olunan yeni qurğunun texniki xüsusiyyətləri və qiyməti barədə məlumat verilmir. Dünya təqdimatı oktyabrın 3-nə nəzərdə tutulan “LG V40 ThinQ” smartfonu qlobal bazarda 5 kamera ilə təchiz edilən ilk qurğudur.