Rusiya Prezidenti Vladimir Putin Silahlı Qüvvələrinin şəxsi heyətinin sayının artırılması haqqında fərman imzalayıb.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, sənədə əsasən, Rusiya ordusunun şəxsi heyətinin sayı 137 min nəfər artırılaraq, 2 milyon 39 min 758 nəfərə çatdırılacaq.
Bundan əvvəl, 2017-ci ildə imzalanmış fərmanda ordunun şəxsi heyətinin sayı 1 milyon 902 min 758 əsgər və zabit müəyyən edilmişdi.