Rusiyanın Federal Hava Nəqliyyatı Agentliyi (Rosaviasiya) ölkənin cənubuna və mərkəzi hissəsinə uçuşlara məhdudiyyətlərin növbəti dəfə uzadıldığını elan edib.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Rusiyanın 11 hava limanında uçuşların müvəqqəti məhdudlaşdırılması rejimi sentyabrın 4-nə qədər uzadılıb.
Həmin şəhərlər Anapa, Belqorod, Bryansk, Voronej, Gelendjik, Krasnodar, Kursk, Lipetsk, Rostov-na-Donu, Simferopol və Elistadır.
Ölkənin qalan hava limanları müntəzəm olaraq adi rejimdə fəaliyyət göstərir.
Qeyd edək ki, fevralın 24-dən, Rusiyanın Ukraynada xüsusi əməliyyatı başladığı gündən cənub və mərkəzi bölgələrə uçuşlara məhdudiyyət qoyulub.