"Bu günədək Ukraynadan 800 tona yaxın taxıl ixrac olunub".
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar deyib.
Onun sözlərinə görə, "taxıl dəhlizi" ilə bağlı anlaşmanın icrası problemsiz davam edir: "Artıq 800 tona yaxın taxılın ixracı başa çatıb. Hava şəraiti ilə əlaqədər gecikmələr ola bilər. Amma proses davam edir. Həm Rusiya, həm də Ukrayna tərəfi ilə təmaslarımız davam edir. Ortaq Koordinasiya Mərkəzinin işi də təqdirəlayiqdir. Biz öhdəmizə düşəni edəcəyik”.