Avqustun 1-dən indiyədək Ukrayna taxılının dünya bazarına çatdırılması üçün 103 gəmi yola çıxıb

A- A A+

Ukrayna taxılının və digər ərzaq məhsullarının dünya bazarına çatdırılması üçün 103 gəmi yola çıxıb. Onlardan 46-sı Ukrayna limanlarından hərəkət edib. Boş 57 gəmi isə bu ərzaq məhsullarının alınması məqsədilə Ukrayna limanlarına yanaşıb.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyindən bildirilib.

Məlumata əsasən, Ukrayna taxılının dünya bazarına çatdırılması məqsədilə yaradılan dəhlizin fəaliyyəti maneəsiz davam edir. Avqustun 1-dən indiyədək Ukrayna limanlarından 1 milyon 23 min 286 ton taxıl daşınıb.

Taxıl məhsullarının alınması üçün Ukraynaya gedən gəmilər İstanbulda qurulan Birgə Koordinasiya Mərkəzi tərəfindən ətraflı yoxlanılır.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: