Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Pakistanın Baş naziri Şahbaz Şərif arasında telefon danışığı olub.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Administrasiyasından bildirilib.
Məlumata əsasən, danışıq əsnasında Türkiyə Prezidenti Pakistan İslam Respublikasında baş vermiş güclü musson yağışlarının yaratdığı sel fəlakəti ilə bağlı Baş nazir Şahbaz Şərifə narahatlığını ifadə edib.
Baş vermiş təbii fəlakət nəticəsində çoxsaylı insan tələfatı ilə bağlı başsağlığı verilib, yaralananlara şəfa diləyən Prezident Ərdoğan həmişə olduğu kimi, bu çətin zamanda qardaş Pakistan xalqına hər cür dəstək verməyə hazır olduqlarını bildirib.