NUHÇIXAN-ın məlumatına görə, onların arasında keçmiş hökumət rəsmiləri də var. Siyahıda ilk sırada eks-prezidentlər Köçəryan və Sarkisyanın adları yer alır. Robert Koçaryanla yanaşı, həyat yoldaşı Bella Koçaryan, oğulları, gəlinləri və nəvələri də diplomatik pasportsuz qalıblar. Hətta Koçaryanın ofisinin rəhbəri Viktor Soqomonyan da bu üstünlükdən məhrum edilib. Diplomatik pasportdan istifadə hüququnu itirənlərin siyahısında Serj Sarkisyanın həyat yoldaşı Rita Sarkisyan, qızı, qardaşı Aleksandr Sarkisyan, keçmiş xarici işlər naziri Edvard Nalbandyan, “Taşir qrupu"”nun sahibi Samvel Karapetyan, keçmiş müdafiə naziri Seyran Ohanyan, oliqarx-deputat Qaqik Sarukyanın ailəsi də var. Yaxın günlərdə əvvəlki hökumətdə təmsil olunan digər rəsmi şəxslərin də diplomatik pasportdan məhrum ediləcəyi gözlənilir.