Rusiya Prezidenti Vladimir Putinlə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında telefon danışığı olub.
NUHÇIXAN İnformasiya Agentliyinin məlumatına görə, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.
“Rusiya, Azərbaycan və Ermənistan liderləri arasında regionda sabitliyin və təhlükəsizliyin qorunması üçün mühüm əhəmiyyət kəsb edən 10 noyabr 2020-ci il, 11 yanvar və 26 noyabr 2021-ci il tarixli üçtərəfli bəyanatların icrasının bəzi praktiki aspektlərinə toxunulub”, - məlumatda qeyd edilib.