Otuz avqust-Zəfər bayramı və Silahlı Qüvvələr Günü münasibətilə Türkiyənin dövlət rəsmiləri Cümhuriyyətin banisi Mustafa Kamal Atatürkün məzarını-Anıtqəbri ziyarət ediblər.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Türkiyə Prezident Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi ilə keçirilən ziyarətdə ölkənin hərbi-siyasi elitası iştirak edib.
Anıtqəbr önünə əklil qoyulub, dövlət himni səsləndirilib.
Türk xalqının xilaskar oğlunun əziz xatirəsinə ehtiram ifadə olunub.
Türkiyə dövlət başçısı “Xatirə kitabı”nı yazıb.
Qeyd edək ki, bu gün Türkiyədə Zəfər bayramı və Silahlı Qüvvələr Günü münasibətilə bayram tətilidir.
Ölkənin hər yerində milli qurtuluş savaşını taclandıran 30 Avqust Zəfəri təntənə ilə qeyd olunur.