Bu gün səhər saatlarında Ukraynanın Xarkov şəhərinin mərkəzi hissəsinin artilleriya atəşinə tutulması nəticəsində azı 5 nəfər həlak olub, 7 nəfər isə xəsarət alıb.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə Xarkov şəhər meri İqor Terexov teleqram səhifəsində məlumat verib.
Onun sözlərinə görə, Xarkovun mərkəzinə azı səkkiz mərmi atılıb, nəticədə mülki obyektlər, istirahət mərkəzi dağılıb. Hazırda xilasetmə işləri davam etdirilir.