Rusiyanın Ukraynaya qarşı genişmiqyaslı müharibəsi başa çatdıqdan sonra Ukraynanın bərpası üçün təxminən 600-800 milyard dollar lazımdır. Hazırda əsas diqqət infrastrukturun bərpasına yönəldilməlidir.
NUHÇIXAN İnformasiya Agentliyi yerli KİV-lərə istinadla xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenskinin “Fransa Müəssisələri Hərəkatı"na müraciətində qeyd edilib.
Eyni zamanda qeyd edib ki, indi dəqiq rəqəm söyləmək çətindir, çünki müharibə bitməyib.
"Mən bu gün əsas diqqəti infrastrukturun - təhsil, liman və nəqliyyat infrastrukturlarının və insanlar üçün mənzillərin bərpasına yönəldərdim, çünki bizim vəzifəmiz insanları öz evlərinə qaytarmaqdır",- deyə Ukrayna Prezidenti vurğulayıb.