Rusiya “Qazprom Export” şirkətinin Fransaya təbii qaz təchizatının tamamilə dayandıracağı ilə bağlı xəbərdarlıq edib.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, “Qazprom Export” şirkəti Fransanın “Engie” şirkətinə bu ilin sentyabrın 1-dən tədarük üçün ödənilməli olan maliyyə məbləğləri tam ödənilənə qədər qaz tədarükünün tamamilə dayandırılması barədə çağırış edib. Fransa hökuməti elektrik enerjisinə qənaət edilməsi ilə bağlı qərarları sərtləşdirir.
Rusiya prezidenti Vladimir Putinin martın sonunda imzaladığı fərmana uyğun olaraq, “Qazprom” qeyd edir ki, alıcı müqavilədə nəzərdə tutulmuş müddətdə ödənişi tam yerinə yetirmədikdə, xarici alıcıya təbii qazın verilməsi qadağandır”. “Qazprom” Fransanın iyul ayında qaz tədarükü üçün ödəməli olduğu məbləği hələ tam ödəmədiyini bildirib.
Artıq bir neçə aydır ki, Rusiya qazının nəqli azalıb. Müqavilələrin tətbiqi ilə bağlı tərəflər arasında fikir ayrılığı səbəbindən qaz tədarüklərində əlavə və dərhal azalmalar barədə “Qazprom”un artıq məlumat verdiyi bildirilir.
Fransa hökuməti bu xəbərdarlıqdan sonra ölkədə elektrik enerjisinə qənaət edilməsi tədbirlərini sərtləşdirib. Hökumət işıqlı reklam lövhələri kimi bəzi enerji tutumlu vasitələrə son qoymaqla bağlı qərar qəbul edib.
Hökumətin son qərarına görə, rəqəmsal reklam lövhələrinin gecə saat 1-dən səhər saat 6-dək işıqlandırılması, eləcə də ictimai işıqlandırma qadağan edilib. Elektrik enerjisinə qənaət etmək, elektrik enerjisi istehlakını azaltmağa dair sakinlərə və müəssisələrə çağırışlar edilir. Yanvar ayından elektrik enerjisinin qiymətinin artmasının qaçılmaz olduğu bildirilir. Artıq 2023-cü il üçün elektrik enerjisinin topdan satış qiymətinin hər meqavat saat üçün qiyməti 1000 avro müəyyən edilib.