Qazaxıstanda növbədənkənar prezident seçkiləri elan olunub.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə ölkə Prezidenti Kasım-Jomart Tokayev çıxışı zamanı deyib.
Payızda keçirilməsi planlaşdırılan seçkilərdə dövlət başçısı özünün də iştirak edəcəyini bildirib.
Ölkə prezidenti eyni zamanda parlament seçkilərinin də 2023-cü ilin birinci yarısında keçirilməsini təklif edib.