Ermənistanda hərbçi yol qəzasında ölüb

A- A A+

Ermənistanın Geqarkunik vilayətində yol-nəqliyyat hadisəsi nəticəsində müqavilə əsasında xidmət edən 23 yaşlı hərbçi Pavlik B. ölüb.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, məlumatı “Shamshyan” yayıb.

Bildirilib ki, hadisə Çəmbərək-Draxtik avtomobil yolunda baş verib. Məlumata görə, hərbçinin idarə etdiyi avtomobil yolu metal məhdudlaşdırıcı divarına dəyərək küvetə yuvarlanıb. Sürücü hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: