Sentyabrın 2-də Donetsk vilayətində Ukrayna və Rusiya arasında hərbi əsirlərin növbəti dəfə mübadiləsi baş tutub. Ukrayna tərəfi 14 əsgərini geri qaytara bilib.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə Hərbi Əsirlərlə İş üzrə Koordinasiya Qərargahı məlumat yayıb.
"14 ukraynalı müdafiəçi vətənə qayıdıb. Hərbçilər bu ilin yazında əsir götürülüb”, - deyə məlumatda qeyd edilir.
Eyni zamanda azad edilən əsgərlər arasında bir zabit və bir hərbi həkimin də olduğu vurğulanır.