Ermənistan İstintaq Komitəsi Qarabağdakı qondarma rejimin keçmiş “müdafiə naziri” Cəlal Arutunyana qarşı ittiham irəli sürüb.
NUHÇIXAN İnformasiya Agentliyi "Sputnik Armenia"ya istinadən xəbər verir ki, onun Ermənistan Müdafiə Nazirliyinin hərbi nəzarət xidməti rəisi səlahiyyətləri də dayandırılıb.
Cəlal Arutunyana qarşı vəzifə öhdəliklərinə səhlənkarlıqla yanaşmaq ittihamı irəli sürülüb.
Xatırladaq ki, ötən gün qondarma rejimin daha bir "müdafiə naziri" Mikael Arzumayan 44 günlük müharibə zamanı vəzifə öhdəliklərinə səhlənkarlıqla yanaşmaq ittihamı ilə həbs olunmuşdu. Cəlal Arutunyan 44 günlük müharibə zamanı 2020-ci il oktybarın 27-də ağır yaralanmışdı, həmin vaxt onun "müdafiə naziri" səlahiyyətləri Mikael Arzumanyana həvalə olunmuşdu.