Ukrayna müharibəsində 400-ə yaxın uşaq ölüb

A- A A+

Rusiya ordusunun Ukraynaya silahlı təcavüzü nəticəsində 380 uşaq həlak olub, daha 737 uşaq isə yaralanıb.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə Ukrayna Baş Prokurorluğunun “Telegram” səhifəsində məlumat paylaşılıb.

Bildirilib ki, müharibə dövründə uşaqlar ən çox Donetsk vilayətində - 388, Xarkov vilayətində - 204, Kiyev vilayətində - 116, Çerniqov vilayətində - 68, Nikolayev vilayətində - 67, Luqansk vilayətində - 61, Xerson vilayətində - 55, Zaporojya vilayətində - 46 zərər çəkib.

Qeyd edək ki, Rusiya ordusu bu ilin fevralın 24-də Ukraynaya qarşı hərbi əməliyyatlara başlayıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: