Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və rusiyalı həmkarı Vladimir Putin arasında telefon danışığı olub.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə Kreml məlumat yayıb.
Rusiya və Türkiyə prezidentləri Atom Enerjisi üzrə Beynəlxalq Agentliyinin (AEBA) Zaporojye AES-ə missiyasının təşkilində Rusiyanın konstruktiv rolunu qeyd ediblər. Həmçinin ticarət-iqtisadi əlaqələrin genişləndirilməsi və enerji sektorunda birgə strateji layihələrin təşviqi məsələləri müzakirə edilib.