Avqust ayında Türkiyənin təhlükəsizlik qüvvələri tərəfindən 90 terrorçu zərərsizləşdirilib. Onlardan 77-si PKK/KCK, 13-ü İŞİD terror təşkilatının üzvüdür.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə Türkiyənin Daxili İşlər Nazirliyindən bildirilib.
Məlumata əsasən, terrorçulardan 16-sı ölü, 60-ı isə sağ ələ keçirilib. Daha 14 terrorçu özü təslim olub.
Avqust ayı ərzində PKK terror təşkilatına qarşı 9-u böyük olmaqla, ümumilikdə 12 min 563, terrorçularla əməkdaşlıq etməkdə şübhəli bilinənlərin saxlanılması istiqamətində isə 858 əməliyyat keçirilib.
Bu müddət ərzində planlaşdırılan 9 terror aktının qarşısı alınıb.