İraqın şimalında keçirilən növbəti əməliyyat nəticəsində PKK terror təşkilatına daha bir ağır zərbə vurulub.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Sincar bölgəsində həyata keçirilən əməliyyat ilə PKK-nın liderlərindən olan Bedirhan Abi zərərsizləşdirilib.
Əməliyyat Türkiyənin Milli Kəşfiyyat Təşkilatı (MİT) tərəfindən aparılıb.
Türkiyə vətəndaşı olan bu terrorçu 2011-ci ildən ölkə daxilində terror fəaliyyətlərinə başlayıb, daha sonra İraqa keçib.