Zaporejye Atom Elektrik Stansiyasının (AES) ətrafından məcburi təxliyə ola bilər.
NUHÇIXAN İnformasiya Agentliyi “RBK Ukraina”ya istinadən xəbər verir ki, bu barədə Ukraynanın reinteqrasiya naziri İrina Vereşuk deyib.
Onun sözlərinə görə, stansiyada vəziyyət gərgindir.
Vereşuk söyləyib ki, əgər bu barədə qərar qəbul edilərsə, evakuasiya mütləq həyata keçiriləcək.
Qeyd edək ki, daha əvvəl Rusiya Silahlı Qüvvələrinin Zaporejye AES-i intensiv atəşə tutması barədə məlumat yayılmışdı.