Ermənistanda istirahət parkında tanınmış ermənilərin büstü təhqir edilir - FOTOLAR
Ermənistanın Cermuk şəhərində istirahət parkındakı ermənilərin incəsənət xadimləri və tanınımış şəxslərinin büstləri təhqir edilib.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə biologiya elmləri doktopru, professor Samvel Pipoyan feysbuk səhifəsində bildirib.
O qeyd edib ki, Komitasın, Sevakın, Tumanyanın, Aram Xaçatryanı, Martiros Saryanın və onlarla tanınmış erməninin parkda büstü qoyulub. Həmin büstlər naməlum şəxslər tərəfindən təhqir olunub.
S.Pipoyan bildirib ki, büstlərin üzü yazılıb, dağıdılıb.
Cermukdakı bu hadisə Ermənistanın işğal dövründə Azərbaycan torpaqlarındakı törətdiyi vəhşilikləri, vandalizmi yada salır. Ermənilər Qarabağ və ətraf rayonlarda Azərbaycana aid tarixi, dini, mədəni abidələri, məscidləri kilsələri dağıdıblar. Bu mədəniyyətin, tərbiyənin yiyəsi olan ermənilər, Ermənistan və havadarları Azərbaycandan ermənilərin dağıtdıqları abidələri qorumağa tələb etmək kimi yersiz iddialar irəli sürürlər. Cermukda özlərinə aid büstlərə zərər vuran bu etnosun təmsilçilərinin 30 ildə Azərbaycan torpaqlarında törətdikləri vəhşiklərin miqyası daha böyükdür. Azərbaycan qarşısında böyük tələblər qoyub, iddialar irəli sürənlərin dağıdılan bu abidələrə diqqətlə baxması daha məsləhətlidir.