Türkiyə Silahlı Qüvvələrinin Suriyanın şimalındakı birlikləri terrorçulara qarşı növbəti dəfə uğurlu əməliyyat keçirib.
NUHÇIXAN İnformasiya Agentliyi Türkiyə Milli Müdafiə Nazirliyinə istinadla xəbər verir ki, ordunun “Fərat qalxanı” və “Sülh çeşməsi” antiterror rayonlarında yerləşən birliklərinə terrorçular tərəfindən atəş açılıb. Buna qarşı keçirilən antiterror əməliyyatlarında 7 PKK/YPG terrorçusu məhv edilib.