Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Bosniya və Herseqovinada səfərdədir - FOTOLAR
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Balkan regionu ölkələrinə səfəri çərçivəsində Bosniya və Herseqovinaya gəlib.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Türkiyə Prezidenti Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri Şefik Caferoviç tərəfindən Prezident Sarayında rəsmi mərasimlə qarşılanıb.
Rəsmi qarşılanma mərasimindən sonra Rəcəb Tayyib Ərdoğan və Şefik Caferoviçin təkbətək görüşü olub.
Görüşdə Bosniya və Herseqovinanın Rəyasət Heyətinin üzvləri Jelko Komşiç və Milorad Dodik də iştirak ediblər.
Qeyd edək ki, Türkiyə Prezidenti region ölkələrindən Serbiya və Xorvatiyaya da səfər edəcək.