Pakistanda meydana gələn sel və daşqın fəlakətində zərər çəkən, evsiz qalan insanlara Türkiyənin humanitar yardımı davam edir.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Türkiyənin üçüncü “Yaxşılıq Qatarı” Ankaradan yola düşüb. Humanitar yardım qatarının 5-6 gün ərzində təbii fəlakət bölgəsində olacağı bildirilir. Qatarı təşkil edən 25 vaqona 421 ton humanitar yardım yüklənib.
Xatırladaq ki, Türkiyənin daxili işlər naziri Süleyman Soylu və ətraf mühit, şəhərsalma və iqlim dəyişikliyi naziri Murat Kurum sel fəlakətinin baş verdiyi Pakistana səfər ediblər.
Daxili İşlər Nazirliyinin Təbii Fəlakət və Fövqəladə Hallar Agentliyinin (AFAD) koordinasiyalığı əsasında Türkiyədən göndərilən qardaş yardımı təyyarələrlə də daşınır. İndiyədək 15 yük təyyarəsi ilə zəruri yük göndərilib.