Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Serbiyaya səfərə gəlib.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Prezident Rəcəb Tayyib Ərdoğanı Belqrad Hava Limanında Serbiya Prezidenti Aleksandr Vuçiç və digər rəsmi şəxslər qarşılayıblar. Türkiyə Prezidentinin rəsmi qarşılanma mərasiminin keçirilməsi və müxtəlif görüşlərdə iştirakı nəzərdə tutulur.
Səfər çərçivəsində Türkiyə ilə Serbiya arasında hər iki ölkə vətəndaşlarının səyahətlərinin şəxsiyyət vəsiqəsi ilə həyata keçirməsinə dair razılığın əldə olunması gözlənilir.
Qeyd edək ki, Balkan regionu ölkələrində səfərdə olan Türkiyə Prezidenti Bosniya və Herseqovinadan və Serbiyadan sonra Xorvatiyaya gedəcək.