Rusiyanın “Utair” aviaşirkəti sentyabrda Samara və Sankt-Peterburqdan Bakıya uçuşların sayını artırır.
NUHÇIXAN İnformasiya Agentliyi Economics” şirkətin yaydığı məlumata istinadən xəbər verir ki, bu barədə “Utair”in prezidenti Oleq Semenov deyib.
nun sözlərinə görə, hazırda şirkət Qroznı, Moskva, Samara, Sankt-Peterburq, Surqut, Tümen və Ufadan Bakıya birbaşa uçuşlar həyata keçirir. Həmçinin “Utair” cədvəlində Gəncə və Naxçıvana da uçuşlar var.
“Biz görürük ki, Azərbaycana təkcə Moskvadan deyil, regionlardan da turist axını durmadan artır. Biz sərnişinlərin səyahətini daha da rahat etmək üçün yeni və əlavə reyslər tətbiq edirik”, - deyə Oleq Semenov qeyd edib.