Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Serbiyadan sonra Xorvatiyaya səfər edib.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Türkiyə liderinin təyyarəsi paytaxt Zaqreb şəhərinin Franyo Tucman Beynəlxalq Hava Limanına eniş edib.
Hava limanında Prezident R.T. Ərdoğanı Türkiyə xarici işlər nazirinin müavini Yavuz Səlim Kıran, Türkiyənin Zaqrebdəki səfiru Mustafa Babür Hızlan və xanımı Emel Hızlan, Xorvatiyanın Ankaradakı səfiri Hrvoje Cvitanovic, Xorvatiya Prezidentliyinin özəl katibi Bartol Simuniç, Xorvatiyanın Xarici və Avropa İşləri Nazirliyinin dövlət katibi Frano Matuşiç, Xorvatiya Xarici İşlər Nazirliyinin çoxtərəfli əlaqələr üzrə baş direktoru Sebastian Roqac və Prezident Protokolunun baş direktoru Draqana Podner qarşılayıb.