Türkiyə Silahlı Qüvvələri Suriyanın şimalında 5 YPG yaraqlısını (PKK terrorçularının Suriya qanadı) zərərsizləşdirib.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə, Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Nazirlikdən bildirilib ki, silahlılar “Sülh mənbəyi” və “Fərat Qalxanı” əməliyyatlarının keçirildiyi bölgələri atəşə tutublar.
Ankara bölgədə terror təhlükəsini tamamilə aradan qaldırmaq əzmində olduğunu vurğulayıb.
Prezident Rəcəb Tayyib Ərdoğan bir müddət əvvəl bildirmişdi ki, PKK yaraqlılarının Türkiyədə ilk dəfə terror aktı törətdiyi 1984-cü ildən bu yana minlərlə türk təhlükəsizlik qüvvələri, hərbçiləri və mülki vətəndaşları bu qanlı təşkilata görə həlak olub.