Ukrayna Silahlı Qüvvələri sentyabrın 7-də Rusiyanın iki “Su-25” qırıcısını, iki helikopterini (“Ka-52” və “Mi-24”) və 5 PUA-sını məhv edib.
NUHÇIXAN İnformasiya Agentliyi UNIAN-a istinadən xəbər verir ki, məlumatı Ukrayna Silahlı Qüvvələri Baş Qərargahı yayıb.
Bildirilib ki, Ukraynanın müdafiəçiləri Rusiyanın Donetsk vilayətindəki Konstantinovka, Dibrovno, Qriqoryevka, Zaytsevo, Mayorsk, Nikoleyevka Vtoraya, Pervomaysk və Kamenka yaşayış məntəqələri istiqamətində hücumunu dəf ediblər.
Məlumata görə, ötən sutka ərzində quru qoşunlarının hərəkətlərinə dəstək məqsədilə Müdafiə Qüvvələri aviasiyası Rusiyanın canlı qüvvə və texnikasının cəmləşdiyi və möhkəmləndiyi yerlərə 30-dan artıq zərbə endirib.