Rusiyanın cənubunda və mərkəzi hissəsində yerləşən 11 aeroportda uçuş məhdudiyyətləri daha bir həftə uzadılıb.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə TASS agentliyi Rusiya Federal Hava Nəqliyyatı Agentliyinə istinadla məlumat yayıb. “Rusiyanın cənub və mərkəzi hissəsindəki 11 aeroportda uçuşlara qoyulan məhdudiyyət rejimi 2022-ci il sentyabrın 16-dək uzadılıb”, - deyə məlumatda bildirilir.
Anapa, Belqorod, Bryansk, Voronej, Gəlincik, Krasnodar, Kursk, Lipetsk, Rostov, Simferopol və Elista hava limanlarında uçuşlar müvəqqəti məhdudlaşdırılıb.
Xatırladaq ki, Rusiya Ukraynaya qarşı apardığı müharibə ilə bağlı fevralın 24-dən etibarən ölkənin cənubunda və mərkəzində hava məkanının bir hissəsini mülki təyyarələr üçün bağlayıb.