Arxeologiyanın ən böyük sirlərindən biri olan Misir piramidalarının necə inşa edildiyi ilə bağlı vacib məlumatlar əldə edilib.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Fransız arxeoloqlarının yeni araşdırmalarına görə, Nil çayının bir qolunda suyun səviyyəsinin zamanla quruması piramidaların tikilməsinə imkan yaradıb.
Misirin paytaxtı Qahirədə Giza piramidaları bu gün geniş qum düzənliyi ilə əhatə olunub. Bu da Xeops, Xafre və Mikerinos piramidalarının daxil olduğu piramida qrupunu inşa edən qədim misirlilərin nəhəng daşları bölgəyə necə daşıdığı sualını doğurur.
Bu gün Nil çayının əsas gövdəsi piramidalardan təxminən 8 kilometr uzaqlıqdadır. Beləliklə, işçilərin nəhəng daşları qumun üzərində hərəkət etdirdikləri düşünülürdü. Lakin onların bu çətin vəzifəni necə yerinə yetirdikləri aydın deyildi.
Zamanla aparılan araşdırmalar göstərdi ki, Nil çayının indi tamamilə quruyub yoxa çıxmış bir qolu düz piramidaların tikildiyi ərazidən keçir.Xufu qolu adlanan su hövzəsinin piramidaların tikintisində rol oynayıb-oynamadığı uzun müddətdir ki müzakirə olunur.
“PNAS” elmi jurnalında dərc edilən yeni araşdırma, bu qolun yük daşımaları üçün uyğun bir kanal rolunu oynadığını və beləliklə, Giza Piramidalarının inşasına imkan yaratdığını bildirib.
Tədqiqatçılar ərazinin qədim tozcuq dənələrini analiz edərək, qolun təfərrüatlı tarixini və zamanla suyun səviyyəsindəki dəyişiklikləri üzə çıxardıblar.
Tapıntılar 14 min il əvvəl başlayan və 5 min il əvvəl sona çatan Afrika rütubətli dövründə Xufu qolunda suyun səviyyəsinin əhəmiyyətli dərəcədə yüksəldiyini göstərib.
Üstəlik, yağışlı mövsüm başa çatdıqdan sonra suyun səviyyəsinin yüksək olaraq qaldığı aşkar edilib. Bu o deməkdir ki, çaydan 4500 il əvvəl, Firon Xufuya həsr olunmuş Xeops Piramidası tikilənə qədər nəqliyyat üçün istifadə oluna bilərdi.
Tapıntılar 14 min il əvvəl başlayan və 5 min il əvvəl sona çatan Afrika Rütubətli Dövründə Xufu qolunda suyun səviyyəsinin əhəmiyyətli dərəcədə yüksəldiyini göstərdi.
Fransanın Eks-Marsel Universitetindən tədqiqatçı Hader Sheisha və həmkarlarının yazdığı araşdırma məqaləsində mövzu ilə bağlı aşağıdakı ifadələr yer alıb:
“Görünür, Qədim Misir mühəndisləri regionun piramidalarını, məzarlarını və məbədlərini tikmək üçün Giza yaylasının ətəyində liman kompleksi tikiblər. Onlar yaratdıqları kanal və hövzə sistemindən məharətlə istifadə edərək, Nil çayından və illik daşqınlardan yararlanıblar.
Gizadakı ən böyük piramida olan Xeops Piramidasının hündürlüyünün əvvəlcə 146,6 metr (bu gün 138 metr) olduğu düşünülür. Beləliklə, piramida tamamlandıqdan dərhal sonra onun 2,3 milyondan çox böyük daş blokuna sahib olub.
Nil çayının Xufu qolu bu daş blokların bölgəyə necə gətirildiyini izah etmək üçün kifayətdir. Lakin mürəkkəb quruluşu olan qəbiristanlıqları və tunelləri olan piramidaların tikintisi ilə bağlı bir çox başqa detallar hələ də qeyri-müəyyən olaraq qalır.