Ukraynanın aldığı reaktiv raketlərin sayı açıqlanıb

A- A A+

Ukrayna indiyədək ABŞ və müttəfiqlərindən 26 reaktiv raket sistemi alıb.

NUHÇIXAN İnformasiya Agentliyi UNİAN-a istinadən xəbər verir ki, bunu ABŞ müdafiə naziri (Pentaqon rəhbəri) Lloyd Ostin Ukraynanın Müdafiəsi üzrə Təmas Qrupunun iclasında deyib.

O xatırladıb ki, ABŞ aprel ayında ilk dəfə olaraq Ukraynaya 155 mm-lik M777 haubitsalarını təhvil verib və bu, NATO standartlarına uyğun olaraq Ukrayna ordusunda olan ilk artilleriya silahıdır.

L.Ostinin sözlərinə görə, bu dəstəklər Ukraynaya Rusiyaya qarşı müqavimət göstərməyə imkan verib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: