Estoniya hökuməti Şengen vizası olan Rusiya vətəndaşlarına ölkəsinin ərazisinə girişin qadağan olunması barədə qərarı qəbul edib.
NUHÇIXAN İnformasiya Agentliyi "İnterfax"a istinadən xəbər verir ki, bu barədə Estoniyanın xarici işlər naziri Urmas Reynsalu Talinndə hökumətin keçirdiyi mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, sentyabrın 19-da gecə saat 00.00-dan etibarən vizanın verdiyi ölkədən asılı olmayaraq Rusiya vətəndaşlarına tətbiq olunan qadağa qüvvəyə minəcək.
O, çıxışında həmçinin Rusiya vətəndaşlarına müraciət edərək deyib: "Şengen vizası ilə Estoniyaya gəlməyin. Sizi burada heç kim salamlamayacaq".
Xatırladaq ki, Polşa, Latviya və Litva hökumətləri də Şengen vizası olan Rusiya vətəndaşlarına girişin qadağan olunması ilə bağlı eyni qərarı qəbul edib.