ABŞ-ın dövlət katibi Entoni Blinken Ukraynada səfərdədir.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Ukrayna Prezidentinin mətbuat katibi Sergey Nikiforov yerli mətbuata açıqlamasında Blinkenin səfər çərçivəsində Kiyevdə “Oxmadit” xəstəxanasında olduğunu, orada müharibədən əziyyət çəkən uşaqların müalicəsi ilə maraqlandığını qeyd edib.
O bildirib ki, Blinken Kiyev vilayətinə də səfər etməyi planlaşdırıb. ABŞ-ın dövlət katibi, həmçinin Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşəcək. Görüşdə regiondakı vəziyyəti, ABŞ-ın Ukraynaya yardımı məsələləri müzakirə olunacaq.