Kraliça II Elizabetin böyük oğlu Uels şahzadəsi Çarlz Böyük Britaniyanın yeni kralı olub.
NUHÇIXAN İnformasiya Agentliyi TASS-a istinadən xəbər verir ki, Çarlz anası 96 yaşında vəfat etdikdən sonra taxt-taca oturub.
Çarlz Britaniya taxtına çıxan ən yaşlı varisdir.
Noyabrda 74 yaşı tamam olacaq Çarlz III Karl adını alıb. Dövlət himninin sözləri də "God Save the Queen" deyil, “God Save the King” olaraq dəyişəcək.