Prezident Volodimir Zelenski sentyabrın 1-dən Ukraynanın 1 000 kvadrat kilometrdən çox ərazisinin Rusiya ordusundan azad edildiyini bildirib.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, o, bu barədə axşam videomüraciətində bildirib.
"Davam edən müdafiə əməliyyatları çərçivəsində qəhrəmanlarımız artıq onlarla yaşayış məntəqəsini azad edib. Bu irəliləyiş bu gün (dünən -red) də hərəkət davam edib, yeni nəticələr var. Ümumilikdə, sentyabrın 1-dən indiyədək min kvadrat kilometrdən çox ərazimiz azad edilib. Bunu təmin edən hər kəsə təşəkkür! Bu günlərdə (azad edilmiş ərazilərdə-red) ucaldılan hər bir Ukrayna bayrağına görə orduya, kəşfiyyatçılara və xüsusi xidmət orqanlarına təşəkkür edirəm”, - Prezident vurğulayıb.
Zelenski qeyd edib ki, Ali Baş Komandanın Qərargahı bundan sonra da tez-tez iclaslar və görüşlər formatında fəaliyyət göstərəcək.
Dövlət başçısı vurğulayıb ki, bütün dövlət fəaliyyəti cəbhənin ehtiyaclarına və ukraynalıların müdafiəsinə yönəlib.