Ukrayna Silahlı Qüvvələri Xerson vilayətinin Blaqodatovka şəhərini Rusiya hərbçilərindən azad edib.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, məlumatı UNIAN yayıb.
Bildirilib ki, Xarkov vilayətinin Şevçenkovo şəhərində də inzibati binanın üzərində Ukrayna bayrağı qaldırılıb.
Məlumata görə, Xarkov vilayətinin işğaldan azad edilən əraziləri mina və başqa partlayıcılardan təmizlənir. Bölgələrdə dövlət orqanlarının işi, zədələnmiş infrastruktur bərpa edilir, əhaliyə yardım göstərilir.