Türkiyə Prezidenti: "Terror təşkilatlarının təhlükəsizliyimizə təhdid yaratmasına icazə verə bilmərik"
"Məlumdur ki, Suriyada terror təşkilatları mövcuddur. Bu təşkilatların bizim təhlükəsizliyimizə təhdid yaratmasına icazə verə bilmərik".
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Balkan ölkələrindən qayıdarkən jurnalistlərə müsahibəsində deyib.
Türkiyə lideri bu istiqamətdə lazım olan hər şeyin həyata keçirildiyini və bundan sonra da bunun davam edəcəyini bildirib: "Terror təşkilatları "Biz gecə qəfil gələ bilərik" sözlərimizlə nə dediyimizi anlayırlar. Onlar bizim nə demək istədiyimizi sərhəddən kənardakı əməliyyatlarımız nəticəsində başa düşürlər. Şəhidlərimiz olub, amma şəhidlərimizin qarşılığı çox ağır olur".